Xəbər lenti

"O, Azərbaycan çempionatının ulduzudur" - Sloveniyalı klub rəsmisi
İdman19:16 15.02.2016

"O, Azərbaycan çempionatının ulduzudur" - Sloveniyalı klub rəsmisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sloveniyanın "Domjale" klubunun idman direktoru Matey Orajem ötən həftə başa çatmış Türkiyə toplanışı haqda danışıb.

Qaynar.info xəbər verir ki, o, müsahibəsində "Neftçi"dən transfer etdikləri Samir Məsimov haqda da danışıb:

"Baxmayaraq ki, artıq mövsümün əvvəlində 2, dekabrda isə 1 hücumameyilli futbolçumuzu itirmişdik, deyərdim ki, bu boşluğu yaxşıca doldurmuşuq. Biz bu komandaya əlavə dəyər qatacaq futbolçu axtarırdıq... Samir Məsimov bizim komandaya çox şey verə bilər. O, Azərbaycanda ən populyar oyunçulardan biridir. Bunu Bakıda azarkeşlərin və KİV-lərin bu transferə reaksiyası da sübut edir. Onunla müqavilə bağladığımız həftə ərzində demək olar ki, Azərbaycanın bütün telekanallarında və gündəlik qəzetlərində bu haqda məlumatlar yer aldı. 1 gündə mənə 7 yerli jurnalistdən zəng gəldi. Bu onu göstərir ki, Samir onların çempionatının ulduzudur. Bununla belə, ilk növbədə istəyirdik ki, müəyyən sloven oyunçularla güclənək... Lakin biz hazırda "Maribor" və xarici klublarla müqayisədə maddi cəhətdən imkanlı deyilik".

Qeyd edək ki, "Neftçi" Samir Məsimovu "Domjale"yə pulsuz buraxıb.

Qaynar.info