Xəbər lenti

"O da TFF-nin içindəki FETÖ-çülər üzündən istefa verib" - Mustafa Kocabəy
İdman15:50 04.08.2016

"O da TFF-nin içindəki FETÖ-çülər üzündən istefa verib" - Mustafa Kocabəy

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin "Sabah" qəzeti "Qalatasaray"ın sabiq futbolçusu Mustafa Kocabəyin müsahibəsinin II hissəsini yayımlayıb.

Qaynarinfo.Az xəbər verir ki, Kocabəy bu dəfə Türkiyə millisinin sabiq baş məşqçisi Ərsun Yanalın 2004-2005-ci illərdə yığmaya çağırmadığı Hakan Şükür barəsində "Sistemimə uyğun gəlmir" deməsindən sonra FETÖ-çülər tərəfindən təzyiqlərə məruz qalmasından danışıb.

- Futbol dünyasında FETÖ-nü dəstəkləyən adların başında Hakan Şükürün olduğunu və xüsusilə "Qalatasaray"da əsas rol oynadığını söylədin. Bəs Şükürün A milli karyerası üçün nələr söyləmək istəyərsən?

- Bu suala sualla cavab vermək istəyirəm... A millinin əvvəlki baş məşqçisi Ərsun Yanal niyə Hakan Şükürlə yola getmədi? Deməli, Yanal bu sistemin içinə girmədi, təhdidlər aldı. Mən Ərsun Yanalın da bu mövzu haqda danışmasını gözləyirəm, açığı. Hakan Şükür üçün Yanal "Komandada olması lazımdır, oynaması gərəkdir" deyirdi. Amma deməli, gördüyü bir şey vardı. Hakan Şükür milli komandada niyə problemlə üzləşmişdi? Məncə, Ərsun Yanal çox böyük bir təzyiqə tab gətirmədiyi üçün usandı. Ərsun hoca federasiyanın içindəki FETÖ-çülərin təzyiqinə tab gətirmədiyi üçün vəzifəsindən göndərildi. Və Abdullah Avcı... O da TFF-nin (Türkiyə Futbol Federasiyası - red.) içindəki FETÖ-çülər üzündən istefa verib. Futbola girən TFF-yə də girib. Başqa cür olmaması mümkün deyil.

- TFF-də bu terror qrupu ilə əlaqəli çox adam var?

- Olmaması mümkündürmü?! Adamlar TSK-ya (Türk Silahlı Qüvvətləri - red.) giriblər, TFF onlar üçün çərəzdir! Futbol camiənizdə çox sayda baş məşqçiləriniz var, futbolçularınız var, menecerləriniz var. Apellyasiya Komitəsində də adamlarınız var. Bunlar elə bir çalışıblar ki, şeytanın ağlına belə gəlməz. Əgər Hakan Şükürün apellyasiya zamanı cəzaları endirilirsə və ya Uğur Tütünəkər, Cihat Arslan hakimə söyüb 5 matç cəza almalı olarkən bu 1 matça endirilmişsə, onlar üçün çox adi şeylərdir bunlar...

- Pul toplanılması barədə xəbərlər çıxıb. Bu barədə nələr söyləyərsən?

- Bəli, bugünün pulu ilə ən az 2-3 min lirə pul yardımı edilirdi. Məsələn, Qurban Bayramı öncəsi bizdən qurban pulu alınırdı. Kasıb ölkələrə göndəriləcəyi söylənilirdi. Ölkəmizdəki kasıblıqlar bitdi, kasıb ölkələrə yardım etməyimiz bir qalmışdı! Başa düşdüyümə görə, bunlar din adı altında bir yerlərə pul toplayırlardı. Amma Fətullah Gülən toplayır, yoxsa arxasındakı güclərmi, bunu bilmirəm.

- Sən pul verdinmi?

- Verdim. Amma dediyim kimi qurban pulu. Əgər bunların kassasına getdisə, haqqımı halal etmirəm.

- Sizdən qurban adı altında aldıqları pul qarşılığında qəbz alırdınız?

- Xeyr, biz pulu ələ, ordakı abiyə verirdik. "Afrikadakı ac insanlara veriləcək" deyilirdi. Üstəlik hər futbolçunu "Zaman" qəzetinə üzv edərdilər... Həqiqətən çox gülməli vəziyyətdir! Hətta 2-3 üzvlük edərlərdi bəzən. Bu qədər ağını çıxartmışdılar. Oxunmayan bir qəzeti niyə millət alsın ki! Bunların çoxu zorla edilən üzvlüklərdir.

- Bir az əsəbləşdin. Birazdan müsahibəyə davam edərik...

- Belə əxlaqsızlıq, vətən xainliyi ola bilərmi?! Hakan Şükürün belə bir açıqlaması da var: "Mən türk deyiləm". Onsuz da belə bir açıqlama verən insanlar hər cür xəyanəti də edər deyə düşünürəm. Bu qruplaşma öz insanına silah doğruldub. Elə qruplar vardı ki, məsələn, "Amerikaya Fətullah Güləni ziyarətə gedək" deyənlər vardı. Mən Peyğəmbərimizin qəbrini ziyarət edək desəm, gəlməyəcək insanlar məni hocaları gördüyü adamın yanına götürmək istədilər. Necə bir bağlılıq varsa bunlarda

Qaynarinfo.Az