Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli memar Zaha Hadidin ölümüylə bağlı başsağlığı verib.
Axşam.az-ın məlumatına görə, Heydər Əliyev Mərkəzi daxil olmaqla, bir sıra məşhur binaların layihə müəllifi olan Zaha Hadid 65 yaşında ürək tutmasından vəfat edib.
Leyla Əliyeva Zaha Hadidin fotosunu paylaşaraq onu belə yad edib: “O, dünyanın ən istedadlı və füsunkar qadınlarından biri idi. Allah rəhmət eləsin!”.
Qaynar.info