Xəbər lenti

"Oğlum Qlazqoda Qurban Qurbanovla şəkil çəkdirib" - Məşhur hüquqşünas
İdman14:17 15.12.2016

"Oğlum Qlazqoda Qurban Qurbanovla şəkil çəkdirib" - Məşhur hüquqşünas

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan bundan sonra Paralimpiya Oyunlarında boççia adlı idman növü ilə təmsil oluna bilər. 

Qaynarinfo.Az xəbər verir ki, dünən boççia turnirinin açılış mərasimi keçirilib.

Turnirin açılış mərasimində Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, Azərbaycanın məşhur hüquqşünaslarından biri Sahib Məmmədov da iştirak edib. O, bu turnir haqda fikirlərini saytımıza bildirib: "Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının bir üzvü kimi o tədbirə dəvət almışdım. Üzvü olduğum qurum Milli Paralimpiya Komitəsinin bəzi layihələrini maliyyələşdirir, həm də özüm fiziki məhdudlu insanların hüquqlarını qoruyuram, onların bəzi tədbirlərinin təşkilatçılığını edirəm. Boççia Azərbaycan üçün yeni idman növüdür. Çox yaxşı haldır ki, minimal məhdudiyyətli insanlar bu idman növündə iştirak edə bilirlər. Bu oyunun həm fiziki, həm də intellektual tərəfi var. Eyni zamanda reabilitasiya yönümlü idman növüdür. Boççia əsas da əlillik dərəcəsi olan insanların cəmiyyətə inteqrasiya olunmasında önəmli rol oynayır. Beynəlxalq Paralimpiya idman növüdür. Bizdə bu yeni başlayır. Artıq 3-cü turnir idi ki, keçirilirdi. Bundan əvvəlkində də iştirak etmişdim. Həmin turnirin qaliblərindən biri bizim xalq artistimiz Tariyel Qasımovun nəvəsi idi. Artıq o, bu həyatda yoxdur. Artıq 60-dan artıq şəxs bu idman növü ilə məşğuldur. Bunların arasında artıq peşəkarları da var. Ümid edirəm ki, bu idman növündə millimiz beynəlxalq yarışlarda çıxış edib Tokiodakı Paralimpiya Oyunlarına vəsiqə qazanacaq. Yaxşı haldır ki, bu idman növünü ictimai xadimlər, KİV nümayəndələri də dəstəkləyir".

Sahib Məmmədov turnirdə "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl, həmin komandanın baş məşqçisi Qurban Qurbanov, paralimpiyaçı İlham Zəkiyevlə eyni sırada əyləşmişdi. Görəsən, onların arasında hansısa dialoq yaşanıbmı? Məmmədov bunları deyib:

"Mənim Qurban Qurbanovla yanaşı oturmağım sırf təsadüf idi. Sadəcə onunla salam-sağol etdik. Onunla elə bir yaxın münasibətim yoxdur. Əvvəllər çox futbolla maraqlanmışam. Ancaq son uğursuzluqlara görə o qədər də futbola baxmıram. Amma "Qarabağ"a mən də, oğlum da azarkeşlik edirəm. Hətta oğlum Qlazqoda təhsil alanda Qurban Qurbanovla stadionda şəkil çəkdirib. "Seltik"lə matçı Bakıda göstərmirdilər. Oğlum stadiondan Azərbaycan üçün "feysbuk"da oyunun gedişatından yazırdı.

İlham Zəkiyevlə isə bir neçə dəfə görüşmüşəm. Onunla şəkil çəkdirmək, ünsiyyət qurmaq böyük bir fəxrdir. Çünki idmançı kimi, vətəni qorumuş bir insan kimi İlham Azərbaycanın başını həmişə uca edib".

Qeyd edək ki, bu turnirin açılış mərasimində adıçəkilən şəxslərlə yanaşı, Azərbaycan Yazıçılar İttifaqının üzvü, "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev də iştirak edib.

Qaynarinfo.Az