Xəbər lenti

"OPEC-ın yaratdığı hava 2-3 günə dağılacaq" - Ekspert
Ekonomiks08:00 29.09.2016

"OPEC-ın yaratdığı hava 2-3 günə dağılacaq" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"OPEC-ın yaratdığı hava 2-3 günə dağılacaq. Neftin yaxın illərdə real bazar dəyəri 45 dollar civarında olacaq"...

Qaynarinfo.Az xəbər verir ki bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli OPEC-in qərarın münasibət bildirərkən deyib.

Natiq Cəfərli qeyd edib ki, neft bazarı dünən axşam OPEC ölkələrinin Əlcəzairdə qeyri-formal toplantısından çıxan xəbərlə çalxalandı:"Neft 48 dollara qədər bahalaşdı. Əslində OPEC ölkələri razılığa gəliblər ki, noyabrın 30-da Vyanada növbəti görüşdə hasilatın dondurulması məsəleəsində razılığa gelsinler. Bu ilkin razılaşmada Nigeriya, Liviya, İran iştirak etməyib. Əslində bu razılaşmanın heç bir əhəmiyyəti yoxdur. Bazara verbal müdaxileden başqa bir şey deyil". 

Ekspert  bildirib ki, bazarda olan xam oyunçular həmişə belə xəbərlərə aşırı reaksiya verərək, qiyməti qaldırırlar: "Dünyada gündə 94-95 mln barel neft (real neft) hasil olunur, amma birjalarda bundan min dəfə çox "kağız neft" (fyuçer) satılıb-alınır. Kim istəsə forex-də neft əməliyyatı edə bilər ve belə sözlü müdaxilələr məhz o qeyri-peşəkar neft treyderlərinə təsir edir. Onlar qiyməti qaldırır. Çünki bazarın fundamental dengələrini bilmirlər". 

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az