Xəbər lenti

"Panatinaikos"u keçmək şansımız var" - Tale Heydərov
İdman15:50 08.08.2015

"Panatinaikos"u keçmək şansımız var" - Tale Heydərov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının "pley-off" mərhələsinin püşkündə "Panatinaikos"la düşmələrinə münasibət bildirib. Qaynar.info extratime.az-a isitinadən xəbər verir ki, klub rəhbəri Yunanıstan klubunun çətin rəqib olduğunu deyib:
"Bizi çətin oyun gözləyir. Bundan əvvəlki rəqiblərimiz də güclü idi. Ancaq çətinliklə olsa da, mərhələni adlamışdıq. "Qəbələ" üçün çətin olacaq. Ancaq burada da eyni düşüncə ilə oynamalıyıq. "Panatinaikos"u keçmək şansımız var. Uğur qazanmaq üçün bütün gücümüzü ortaya qoymalıyıq. Qələbə qazanmaq istəyiriksə, bütün şanslarımızda istifadə etməliyik".
Qaynar.info