Xəbər lenti

"Paris Dağlıq Qarabağ üzrə yeni danışıqlar üçün platforma təmin etməyə hazırdır" - Fransa XİN başçısı
Ölkə13:48 29.06.2016

"Paris Dağlıq Qarabağ üzrə yeni danışıqlar üçün platforma təmin etməyə hazırdır" - Fransa XİN başçısı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Fransa Dağlıq Qarabağ üzrə yeni danışıqlar üçün platforma təmin etməyə hazırdır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Mark Eyro Parisdə rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib.

"Biz, həmçinin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan dövlət başçıları ilə Sankt-Peterburqdakı danışıqlarının nəticələri barədə mənə məlumat verdi. Mən isə öz əvəzimdən xatırlatdım ki, biz Parisdə yeni müzakirələr üçün platforma təmin edə bilərik", - deyə J.-M.Eyro bildirib.

Qaynarinfo.az