Xəbər lenti

"Parlaq Gələcək" Lənkəranda təlim keçirdi
Ölkə10:10 30.01.2014

"Parlaq Gələcək" Lənkəranda təlim keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Parlaq Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 3-cü qrant müsabiqəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan region gənclərinin ictimai fəallığının artırılması “Özünə dəstək qrupları gənclərin ictimai fəallığı kimi” layihəsinin növbəti təlimini Lənkəranda keçirib. 

Təşkilat rəhbəri Aqil Mehdinin bildirdiyinə görə, təlimçilər Cavid İmamoğlu və Tofiq Sadıqov psixoloji və hüquqi konsultasiya verərək, sosiallaşmağa xidmət edəcək biliklər və bacarıqlardan danışıblar. 

Təlimçilər Lənkəranda xüsusi qayğıya ehtiyaclı gənclər arasında şəbəkənin qurulması ilə ünsiyyət körpüsünün yaradılması və onlar arasında əməkdaşlığın formalaşdırılmasından bəhs ediblər. O cümlədən iştirakçılara məlumat kitabçaları, kiçik broşur və bukletlər paylanıb.

Layihənin icrası zamanı fəal gənclərin təhsil aldıqları tədris müəssisələrində, müəssisələrdən kənar icmalarda görüşlər keçirilməsi  də nəzərdə tutulub.

Layihədən faydalanan gənclərin daha çox bilik və bacarıq əldə etməsi üçün təlim proqramı müasir interaktiv metodologiyalar vasitəsi ilə keçirilir.

Nəzərdə tutlan özünə dəstək qruplarının yaradılması xüsusi qayğıya ehtiyacı olan region gənclərinin müxtəlif sahələrində (dövlət, özəl və ictimai sektor) ictimai aktivliyinin artırılmasına imkan yaradacaq.

Qaynar.info