Xəbər lenti

"PFL prezidentinin postu tez-tez söyülür" - Rövnəq Abdullayev
İdman12:16 05.07.2016

"PFL prezidentinin postu tez-tez söyülür" - Rövnəq Abdullayev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna seçki keçirilib.

Qaynarinfo.az xəbər verir ki, gözlənildiyi kimi, Ramin Musayev 3-cü dəfə bu qurumun rəhbəri seçilib.

Tədbirdə iştirak edən AFFA prezidenti Rövnәq Abdullayev bu barədə bunları deyib: "Onun bu posta seçiləcəyini gözləyirdim. Ancaq PFL prezidentinin postu tez-tez söyülür. Ona görə heç kim namizədliyini irəli sürmədi. Əsas odur ki, tariximizdə ilk dəfə klublarımız I mərhələdə belə nəticə göstərdi. Buna sevinməyə bilmərik. Ümid edirəm ki, komandalarımız bu zəfər yürüşünü yenə də davam etdirsin.

Abdullayev ötən mövsüm baş verən hakim səhvləri barədə da verilən sualı cavablandırıb: "Avropa Çempionatında da səhvlər olur. İndi Xaqani Məmmədovu öldürək? Hakimlərimizə ciddi nəzarət var. Ancaq bir məqam var və ona diqqətinizi yönəltmək istəyirəm. Qanunvericilikdə mərc oyunları ilə bağlı boşluq var. Bununla əlaqədar hökumətimizə müraciət etmişəm. Təmiz futbol oynanılması üçün bu, ciddi nəzarətə götürülməlidir".

Qaynarinfo.az