
Fransa millisinin baş məşqçisi Didye Deşamın iştirakı ilə mətbuat konfransı keçirilib.
Qaynarinfo.az-ın Fransaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Deşam bunları deyib:
"Bizim Avropa çempionu olmaq imkanımız var. Bu istər 18, 20 yaşlılar, istərsə də, daha çox yaşı olanlar üşün titul qazanmaq şansıdır. Bizim gələcəkdə nə ola biləcəyini düşünmədən Avropa çempionluğuna ehtiyacımız var. Oyunçular Parisdə oynamağın üstünlüklərini bilir.
Portuqaliya çox səviyyəlidir və finala gəlib çıxmalarında təəccüblü heç nə yoxdur. Bizim kimi onlar turnirin əvvəlində tənqid olunurdular. Bizim kimi onlar da indi finaldadır. Rəqiblərinə uyğun sistemdə oynamağı bacaran təcrübəli komandadır. Onların müdafiə xətti bir-birini yaxşı başa düşür. Topla hərəkət edən mərkəz müdafiəçiləri kimi yaxşı oyunçuları var.
Əlbəttə, onlarda Kriştianu Ronaldu və Nani irəlidə oynayacaqlar. Onlar bu 2 sürətli oyunçunun hesabına irəlidə sürətli çıxış edirlər. Topla yaxşı davranırlar.
Mən Samuel Umtitinin çıxışından təəccüblənmədim. O bilir ki, mənim ona inamım var. Gəncdir, onu 1/4 finalda meydana buraxanda narahat olmamışdım. Baxmayaraq ki, millidə ilk oyununu keçirirdi. Onun, futbol səviyyəsi və xasiyyəti top səviyyəli futbolçu olmağa imkan verir.
Loran Kosielni "Arsenal" üçün çox etibarlı və çox yaxşı oyunçudur. O, yaxşı formadadır. Bizim ona bu səviyyədə ehtiyacımız var.
Antuan Qrizmann hələ gəncdir. O möhtəşəm mövsüm keçirib. Ronaldu 8 ildən çoxdur ki, bu səviyyədə oynayır. Əgər Antuan Ballon dOra namizəd ola bilsə, bu onun üçün yaxşı olacaq. Hər şey finaldan asılıdır. Ballon dOr Ronaldu və Messi arasında qalıb. Antuan komandada müstəqildir. O sadəcə soloist deyil.
Qrizmannın ana tərəfdən babası Portuqaliyadan olub? Onun çoxlu bağları var. Ancaq o, ilk növbədə fransızdır. Bütün oyunçularda olduğu kimi, o da turnirə çətinliklə başlayıb. Mən onu uzun mövsümdən və Çempionlar Liqasının finalındakı məğlubiyyətdən doğan məyusluğa görə qaydasına salmalıydım. Biz 9 günə 3 oyun keçirdik. Ancaq o, öz oyununda ən yüksək səviyyədədir və əlbəttə ki, bizim sabah axşam ona ehtiyacımız var.
Mussa Sissoko İslandiya ilə oyuna 2 saat qalmış meydana çıxacağını öyrənib? Bu doğru deyil. Oyunçular bunu yaxşı bilir, ancaq bəzən onlar sizə, jurnalistlərə söyləmirlər.
Bizim yarımfinaldan bəri taktika üzərində işləmək şansımız yoxdur. Əlbəttə, mən 24 saatdan da çox finala hazırlaşmaq istərdim. Sabah hər şey ağıllardan asılı olacaq.
Qaynarinfo.az