
Madrid "Real"ının açar oyunçularından biri olan Luka Modriç Azərbaycan - Xorvatiya matçı ilə bağlı fikirlərini bildirib.
Qaynar.info xəbər verir ki, o, Bakıya, daha sonra Avropanın cənubundan şimalına - Norveçin paytaxtı Osloya getməyin çətin olduğunu bildirib: "Sözsüz ki, Osiyekdə Azərbaycanla (6:0), Zaqrebdə Norveçlə (5:1) keçirdiyimiz oyunlardan daha çətin matçlar olacaq. Ancaq biz seçmə mərhələ boyu göstərdiyimiz eyni səviyyədə qalmışıqsa, əminəm ki, məqsədimizə nail olacağıq. Bilmirəm ki, biz bu 2 səfərdən 4 xala razı qalacağıq, ya yox. Gəlin, əvvəlcə Azərbaycanla oynayaq, daha sonra Norveçlə matç haqda düşünərik. Mən qazanacağımız 6 xaldan razı qalaram, ancaq 4 xaldan yox".
Daha sonra Modriç Azərbaycan üzərində 6:0-lı darmadağından sonra Berti Foqtsu əvəzləyən Robert Prosineçki haqda danışıb: "Prosineçki bizi əla tanıyır. Ancaq düşünmürəm ki, şanslar onların tərəfindədir. Onun rəhbərliyi altında Azərbaycan yığması son 2 matçda əvvəlkindən yaxşı oynayıb, yaxşı nəticələr qazanıb. Ancaq inanmıram ki, bu vacib rol oynasın".
Qeyd edək ki, Azərbaycan dünən axşam Bakıya gələn Xorvatiya ilə sabah saat 21:00-da qarşılaşacaq.
Qaynar.info