Xəbər lenti

"Qalatasaray" avrokuboklardan kənarlaşdırıldı - ŞOK QƏRAR
İdman12:46 02.03.2016

"Qalatasaray" avrokuboklardan kənarlaşdırıldı - ŞOK QƏRAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA "Qalatasaray"la bağlı qərarını açıqlayıb. Qaynar.info xəbər verir ki, ali futbol qurumu İstanbul klubunu 1 il müddətinə avrokuboklardan kənarlaşdırıb.
Buna səbəb klubun Maliyyə Feyr-Pleyi qaydalarını pozması olub. Ötən həftə İsveçrəyə gedən "Qalatasaray"ın prezidenti Dursun Özbək UEFA rəsmiləri ilə görüşündə belə bir cəzanın qarşısını almağa çalışsa da, istəyinə nail ola bilməyib.
Klubun hüquq departamentinin sədr müavini Əşrəf Alaçayır məsələ ilə bağlı açıqlama verib: "1 il avrokuboklardan kənarlaşdırıldıq. Bundan başqa qarşıdakı 2 transfer dönəmində transferlərdə diqqətli olmağımız, əvvəlki kimi pul xərcləməməyimiz barədə şərt var. Məncə, pis nəticə deyil. Daha ağır cəzanı 1 ilə endirdik".
"Qalatasaray" cəzanın bitməsi üçün bu mövsüm avrokuboklara vəsiqə qazanmalıdır. Əks halda cəzanı gələn mövsüm çəkməli olacaq. Komanda 2 mövsüm avrokuboklara qatılmaq hüququ əldə etməsə, cəza avtomatik olaraq qüvvədən düşəcək.
Qaynar.info