Xəbər lenti

"Qalatasaray" ən yaxşı bombardirini göndərir
İdman05:14 11.10.2013

"Qalatasaray" ən yaxşı bombardirini göndərir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qalatasaray" rəhbərliyi komandanın ulduz oyunçusu Burak Yılmazın transfer olunmasına razılıq verib.

Ans press-in məlumatına görə, İstanbul klubunun prezidenti Ünal Aysal goal.com-a verdiyi açıqlamada Burak Yılmazın "Çelsi"yə keçmə ehtimalını qiymətləndirib.

Onun sözlərinə görə, London klubu Burak Yılmazı transfer etmək istəsə, problem yaratmayacaqlar: "Türk futbolçuların Avropanın nəhəng klublarına keçməsini dəstəkləyirəm. Əgər getmək istəyirsə və "Çelsi" onu transfer eləməyi düşünürsə, niyə də olmasın?!

"Çelsi" ilə rəsmi şəkildə görüşümüz olmayıb. "Latsio" ilə yayda danışmışdıq. Ancaq istədiyimiz şərtlər qarşılığında razılıq əldə olunmadı".

Qeyd edək ki, son vaxtlar Burak Yılmazla holland futbolçusu Uesli Sneyder arasında münasibətlər gərgindir. Ulduz oyunçular bir neçə dəfə mübahisə ediblər. Bu səbəbdən də rəhbərliyin indi Burak Yılmazın transfer etməyindən danışması təsadüfə oxşamır.

Qaynar.info