
"Qalatasaray"ın futbol direktoru Cenk Ergün Brumanın klubda qalmaq istədiyini və müqavilə şərtlərinin yenidən müzakirə ediləcəyini açıqlayıb.
"Qaynar" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Brumanın "Tottenhem"a transfer edilməsi haqqında yayılan xəbərlərin əsassız olduğunu deyən futbol direktoru klubdan onlara bununla bağlı hər hansı bir təklifin gəlmədiyini bildirib.
O, həmçinin Brumanın bu mövsüm üçün dəyərinin 65 milyon avro olduğunu, əgər belə bir təklif gəlsə, düşünəcəklərini qeyd edib.
Çingiz
Qaynar.Az