Bu axşam futbol üzrə UEFA Çempionlar Liqasının mərhələsində yeni mövsümə start veriləcək.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarında oyunlar keçiriləcək.
Azərbaycan futbolsevərlərinin diqqəti yenidən İstanbula yönəldəcək. Burada B qrupu çərçivəsində Türkiyənin "Qalatasaray" klubu Madrid "Real"ını qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, I turun qalan oyunları sabah axşam keçiriləcək.