Bu gün Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına yekun vurulacaq.
Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə A, B, C və D qruplarında 8 qarşılaşma baş tutacaq.
Azərbaycanlı azarkeşlərin ən maraqla gözlədiyi oyun İtaliyada baş tutacaq. Burada "Yuventus" Türkiyənin "Qalatasaray" klubunu qəbul edəcək. Bir maraqlı məqamı qeyd edək ki, "Qalatasaray"ın italiyalı yeni baş məşqçisi Roberto Mançini komandası ilə ilk oyununu məhz İtaliya klubuna qarşı keçirəcək.
B qrupunun digər oyununda "Real" (Madrid) "Kopenhagen"i qəbul edəcək.
D qrupunda baş tutacaq "Mançester Siti" - "Bavariya" görüşünə də maraq az deyil.
2 oktyabr Çempionlar Liqasının qrup mərhələsi, II tur
A qrupu23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Mançester Yunayted" (İngiltərə)