
"Qalatasaray" Brumanın transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda deyilir ki, tam adı Armindo Tue na Banqna olan futbolçu ilə 5 illik müqavilə imzalanıb. Transferə görə, "Sportinq"ə 10 milyon avro ödənilib.
Bu il 19 yaşını qeydə edəcək Brumanın "Qalatasaray"dakı qazancı da açıqlanıb. 1 milyon avro imza haqqı ödənilən futbolçu 2013/14 mövsümündə 1, 2014/15 və 2015/16-də 1.1, 2016/17 və 2017/18-də isə 1.2 milyon avro maaş alacaq. Həmçinin Brumaya ilk mövsümdə 10, sonrakı iki ildə 15, son iki futbol ilində isə 20 min avro maaş veriləcək.
Beləliklə, maçtbaşı nəzərə alınmasa Bruma transferi "Qalatasaray"a 16.6 milyon avroya başa gəlib.
Qaynar.info