Noyabrın 6-da UEFA Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlara start verilib. Trend-in məlumatına görə, Azərbaycan futbolsevərlərinin diqqəti Danimarkaya yönəlib. Burada B qrupu çərçivəsində "Kopenhagen" "Qalatasaray" klubunu qəbul edib. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayıb. Gərgin keçən matçda "Kopenhagen" "Qalatasaray"ı 1:0 hesabı ilə məğlub edib. Qrupların digər oyunlarının nəticələri aşağıdakı kimidir: