
FETÖ/PDY ilə bağlı istintaqa cəlb olunan "Qalatasaray"ın sabiq futbolçuları Uğur Tütünəkər, İsmail Dəmiriz və Arif Ərdəm haqqında qərar verilib.
Qaynarinfo.Az xəbər verir ki, Tütünəkər ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılıb. Dəmiriz isə həbs olunması istənilərək məhkəməyə sövq edilib. Məhkəmə isə hər 3 şəxsin mülklərinə həbs qoyulması barədə qərar çıxarıb.
Bu qərarın verilməsini prokuror Mehmet Şənay Cəza Mühakiməsi Qanununun 128-ci maddəsinə istinadən tələb edib. Hakim də Hakan Şükürdə olduğu kimi bu 3 şəxsin də mülklərinə həbs qoyulmasına dair qərar verib.
Qaynarinfo.Az