
İspaniya "La Liga"sının güclü klublarından olan "Atletiko Madrid" klubu "Qalatasaray"ın yarımmüdafiəçisi Səlcuq İnanı transfer etməyə qərar verib.
Türkiyənin "Hürriyət" qəzetinin məlumatına görə, "Atletiko"nun prezidenti Gil Marinlə "Qalatasaray"ın ikinci prezidenti Əli Dürüstlə Madriddə restoranların birində görüşərək Səlcuq İnan məsələsini müzakirə ediblər.
Qəzet Marinin Səlcuqun transferi üçün "Qalatasaray"a 10 milyon avroya yaxın məbləğ ödəməyə hazır olduğunu bildirib. Ancaq istanbullular klubun ən vacib oyunçularından birini asanlıqla əldən vermək istəmirlər.
Qaynar.info