
Məlum oldğu kimi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclər təşkilatları və fərdi gənclərin ideyalarını maliyyələşdirmək üçün 3-cü Qrant müsabiqəsini elan etmişdi.
Qaynar.info-nun verdiyi xəbərə görə, fonda təklif olunan layihələrin qəbulu 12 avqust 2013-cü il tarixində başa çatsa da, qalib layihələrin hansılar olması hələ də məlum deyil.
Qalib layihələrin nə vaxt bəlli olacağını öyrənmək üçün Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətovla əlaqə saxladıq.
F. Qurbətov Qaynar.info-ya açıqlamasında bildirdi ki, layihələr hazırda fondun müşahidə şurası tərəfindən dəyərləndirilir və qalib layihələr 1 həftə ərzində açıqlanacaq.
Bu il gənclər fondunun nə qədər layihəni maliyyələşdirəcəyi sualına isə F. Qurbətov belə cavablandırdı: "Bunun üçün hansısa limit yoxdur. Ən yaxşı ideyalar müəyyənləşdiriləcək və onlara maliyyə yardımı göstəriləcək. Gənclər Fondu konkret sayda layihələr maliyyələşdirmir. Yaxşı layihələr nə qədər çox olarsa, o qədər çox maliyyə ayrılacaq".
Qaynar.info