Xəbər lenti

"Qara bazar“a biletləri kim çıxarıb?
İdman04:51 17.09.2014

"Qara bazar“a biletləri kim çıxarıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ" - "Sent-Etyen" oyunundan əvvəl yenə də bilet biarıbçılığı yaşanır. Həmişə olduğu kimi mərkəzi arenanın önündə fəaliyyət göstərən "qara bazar" yenə biletləri ələ keçirib və kassalardan baha qiymətə satır.
 
Son aylarda bilet satışına nəzarət gücləndirilib. Polis və klublar Avropa oyunlarında satışa daha ciddi nəzarət etməyə çalışır. Amma "qara bazar" yenə öz işindədi. Özü də bu dəfə daha biabırçı vəziyyət yaranıb. Belə ki, "Qarabağ" - "Sent-Etyen" oyununun biletləri kassalardan iki saat əvvəl "qara bazar"da satışa çıxarılıb. Maraqlıdı, bilet kassaya verilmədən bazarda necə peyda olub? Əslində bu sualın cavabı hər kəsə bəllidi. Biletlər sadəcə "Qarabağ" klubunda olub. Dəmək ki, bunları "qara bazar"a yalnız klub rəsmiləri çıxara bilər. Pul qazanmağa çalışan bu şəxslər bir yandan guya "qara bazar"a qarşı mübarizə aparır, digər yandan da onları biletlə təmin edir.
 
Bu azmış kimi üstəlik media sektoruna da biletlər satışa çıxarılıb və 30 manata satılır. Guya UEFA-nın tələbi ilə jurnalistlər üçün akkreditasiya qaydalarını sərtləşdirən "Qarabağ" bu biletlərin satışa çıxmasının qarşısını ala bilməyib. Əslində isə media sektorunun biletlərini klubun içində olmayan heç kim satışa çıxara bilməzdi. Görünür işbazlar bu yola da əl atmaq qərarına gəlib (aut.az).

Qaynar.info