Xəbər lenti

"Qarabağ" 162 min manat ziyana düşdü
İdman10:51 27.08.2016

"Qarabağ" 162 min manat ziyana düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Qarabağ” Cənubi Kiprin “Anortosis” klubuna daha 100 min dollar (bugünkü məzənnə ilə 162 min 800 manat) ödəcəyək. Buna səbəb Dino Ndlovunun ağdamlılarla birgə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması olub.
"Qarabağ" Dino Ndlovunu bir müddət əvvəl transfer edib. İddialara görə, Ağdam klubu bu transferə görə “Anortosis”ə 350 min avro (bugünkü məzənnə ilə 569 min 800 manat) öəyib. 
Cənubi Kipr mediasının məlumatına görə, tərəflər arasında müqaviləyə xüsusi bənd salınıb ki, "Qarabağ" Dino Ndlovu ilə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansa, daha 100 min dollar ödəməlidi. Bu şərt reallaşdığından, Ağdam klubu qrupa düşdüyü üçün qazandığı 2,6 milyon avronun 100 min dollarını qarşı tərəfə verməlidi.
Qeyd edək ki, hazırda "Transfermarkt" CAR-lı futbolçuya 700 min avro qiymət qoyub. (Fanat.Az)
Qaynarinfo.Az