
Azərbaycan Premyer Liqasında sona 4 tur qalmasına baxmayaraq, çempionun adına rəsmən aydınlıq gəlib.
Qaynarinfo.az xəbər verir ki, XXXII turda lider "Qarabağ" səfərdə II pillədəki "Zirə" ilə qarşılaşıb. Qələbə "Qarabağ"a çempionluq qazandıracaqdı. Belə də olub və "Qarabağ" 2:0 hesabı ilə qalib gəlib. "Qarabağ"ın bombardiri ispaniyalı Dani Kintana və braziliyalı Reynaldonun qolları Ağdam klubuna qələbə qazandırıb.
Bununla da "Qarabağ" 4-cü dəfə, ardıcıl 3-cü dəfə Azərbaycan çempionu olub.
Qaynarinfo.az