Xəbər lenti

"Qarabağ" Albaniya çempionundan qisasını aldı
İdman18:19 15.01.2017

"Qarabağ" Albaniya çempionundan qisasını aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

Qaynarinfo.Az xəbər verir ki, komandamız bu gün ilk yoxlama oyununu keçirib. "Qarabağ" yayda Avstriyada 0:1 uduzduğu son Albaniya çempionu "Skenderbeu" klubu ilə yenidən qarşılaşıb. 

Qarşılaşmaya komandamız Şahruddin Məhəmmədəliyev, Rəşad Sadıqov (k), Bədəvi Hüseynov, Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Rahid Əmirquliyev, Dani Kintana, Miçel, Ağabala Ramazanov və Dino Ndlovudan ibarət "11-lik"lə başlayıb. "Qarabağ" 20-ci dəqiqədə qola yaxınlaşıb, Daninin təhlükəli ötürməsini rəqib qapıçı son anda zərərsizləşdirib. Matçın 43-cü dəqiqəsində isə yeni transfer Ağabala Ramazanov gözəl qolla hesabı açıb. 

II hissəyə isə komandamız tam fərqli heyətlə (Boyan Şaranov, Elvin Yunuszadə, Elgün Uluxanov, Arif Daşdəmirov, İlqar Qurbanov, Eltun Turabov, Rişard Almeyda, Muarem Muarem, Vüqar Nadirov, Əfran İsmayılov, Mahir Mədətov) çıxıb. Matçın 71-ci dəqiqəsində isə Elgün Uluxanovu baxışda olan Rinat hüseynov, Eltun Turabovu isə Elçin Rəhimli əvəzləyib. II hissədə komandamız bir neçə qol epizodları yaratsa da, bunlardan istifadə edə bilməyib. Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, "Skenderbeu" bundan əvvəl digər Azərbaycan təmsilçisi "Sumqayıt"la qarşılaşmış və 3:1 hesabı ilə qalib gəlmişdi.

Qaynarinfo.Az