
"Ayntraxt"la qarşılaşacaq "Qarabağ"ın Almaniya səfəri təxirə salınıb.
Buna səbəb hava limanı ilə bağlı yaranan problem olub.
Belə ki, avqustun 29-da "Ayntraxt"la səfər oyununa çıxacaq "Qarabağ" bu gün Almaniyaya yollanmağı nəzərdə tutmuşdu. Lakin Frankfurt hava limanı bu günkü çarter reysini qəbul etməkdən imtina edib. Bunun səbəbi açıqlanmır.