Avropa Liqasında "pley-off" mərhələsinin cavab oyunları keçirilir. Qaynarinfo.Az xəbər verir ki, turnirdə çıxış edən “Qarabağ” cavab matçına evdə çıxıb.
Azərbaycan çempionu İsveçin “Göteborq” klubunu qəbul edib. İlk oyunda 0:1 hesabı ilə yenilən "Qarabağ" evdə rəqibini darmadağın edib 3:0. Bununla da təmsilçimiz ardıcıl üçüncü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Göteborq: 1. Con Alvbeyc, 2. Emil Salomonsson, 3. Skott Yamieson, 6. Sebastian Eriksson, 7. Mads Albaek, 8. Soren Riks, 9. Yakop Ankersen, 10. Tobias Hisen, 16. Mikael Boman, 28. Tomas Ronye, 30. Matias Byarsmir.
Ehtiyat oyunçular: 12. Pontus Dalberg, 11. Martin Smedbeg, 13. Elias Omarsson, 14. Hyallmar Yonsson, 18. Lauson Sabah, 24. Tom Petterson, 27. Billi Nordström.
Baş məşqçi: Yörgen Lenartsson.
Hakimlər: Vladislav Bezborodov, Valeri Dançenko, Maksim Qavrilin, Kirill Levnikov (Rusiya).
Hakim-isnpektor: Mixael Tomas Ross (Şimali İrlandiya).