Xəbər lenti

"Qarabağ" Avroliqanın play-off mərhələsində
İdman20:32 06.08.2014

"Qarabağ" Avroliqanın play-off mərhələsində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Qaynar.info xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" "Zalsburq"un qonağı olub.
Evdə 2:1 hesablı qələbə qazanan təmsilçimiz üstünlünü qoruya bilməyib və məğlub olub - 0:2. Hesabı 18-ci dəqiqədə Martin Hinteregger açıb. O, 34-cü dəqiqədə dublunu rəsmiləşdirib. "Qarabağ" uduzsa da, mübarizəni Avropa Liqasının play-off mərhələsində davam etdirmək imkanı qazanıb.
Qeyd edək ki, "Qarabağ" Zalsburqda meydana iki ciddi itki ilə çıxıb. Belə ki, ilk oyunda qırmızı vərəqə alan Reynaldo və Admir Teli komandaya kömək edə bilməyib. Üstəlik Avstriyadakı matçda İlqar Qurbanovla Maksim Medvedev zədələnərək meydanı vaxtından əvvəl tərk edib.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
6 avqust
Zalsburq (Avstriya) - Qarabağ (Azərbaycan) 2:0
Qollar: Martin Hinteregger, 18; 34.
Qaynar.info