
Qarabağ"dan müraciət: ancaq holoqramlı bilet alın!
Çempionlar Liqasınnı II təsnifat mərhələsi çərçivəsində keçiriləcək"Qarabağ" - "Rudar" oyununun biletləri sabahdan satışa çıxarılacaq.
Qaynar.info klubun saytına istinadən yaydığı xəbərə görə, iyulun 10-usəhər saat 10:00-dan etibarən biletlər matçın oynanılacağıTofiq Bəhramovadına Respublika stadionunun kassalarında satılacaq.
1-11-ci və 18-27-ci sektorlar üçün bilet qiyməti 1 AZN, 12-17-ci, 29və 38-ci sektorlar üçün 2 AZN-dir. VİP bölməyə biletin qiyməti isə 20AZN-dir.
Klub azarkeşlərə müraciət edib ki, biletin hər hansı fərdi şəxslərdəndeyil, Respublika stadionunun kassalarından və holoqramlı biletalmağını xahiş edib. Kassadan bilet almaqla "Qara bazar" imkanlarınıməhdudlaşdırmış olacağı bildirilib.
Klub tərəfindən ayrılmış mühafizə xidmətinin əməkdaşları da satışmüddətində azarkeşlərə yardım etmək üçün çalışacağı qeyd olunub.
Xatırladaq ki, "Qarabağ" - "Rudar" matçı iyulun 15-i saat 21:30-da başlayacaq.