Xəbər lenti

"Qarabağ" azərbaycanlı ulduzu istəyir
İdman14:22 20.01.2015

"Qarabağ" azərbaycanlı ulduzu istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Ukrayna yığmasının sabiq yarımmudafiəçisi Aleksandr Əliyev Azərbaycandan təklif alıb. "Anji"dən ayrılan Azərbaycan əsilli futbolçu klublarımızdan birinin maraq dairəsinə düşüb.
Artıq həmin klubun adı açıqlanıb. Fanat.az хəbər verir ki, Ukrayna mətbuatı Əliyevlə "Qarabağ"ın maraqlandığını iddia edib. Ağdam klubu ilə yanaşı, "Kasımpaşa" da Aleksandrı heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Aleksandr Əliyevin meneceri Kamil Məmmədovdu. Azərbaycan əsilli futbolçu uzun illər Kiyev "Dinamo"sunun formasını geyinib, həmçinin Ukraynanın "Borisfen", "Metallurq", "Dnepr", Rusiyanın "Lokomotiv" (Moskva) və "Anji" klublarında çıхış edib. 29 yaşlı hücumçu Ukrayna yığmasında 28 oyun keçirib və 6 qol vurub.
Qaynar.info