
Avroliqanın qrup mərhələsində "Fiorentina" ilə qarşılaşacaq "Qarabağ"ın səfərə çıxacağı vaxt müəyyənləşib.
Qaynarinfo.Az xəbər verir ki, "köhlən atlar" bu gün saat 18:00-da İtaliyaya uçacaq. Komanda səfəri birbaşa, yəni çarter reysi ilə həyata keçirəcək.
Bundan başqa, İtaliyadakı oyunda komanda dəstəksiz qalmayacaq. Belə ki, "Qarabağ"ı 100-ə yaxın azarkeş dəstəkləyəcək. O cümlədən "Milli Dəstə" və "İmarət Avropa" da tribunalarda öz yerini alıb komandanın yaxşı nəticəsi üçün dəstəyini əsirgəməyəcək.
Qeyd edək ki, sentyabrın 29-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşün baş hakimi avstriyalı Oliver Draxta olacaq. Ona Roland Brander, Ştefan Kür, Manuel Şüttenqruber, Diter Mukenhammer və Roland Ridel kömək edəcək.
Qaynarinfo.Az