
Avropa Liqasının qrup mərhələsində Çexiyanın "Slovan" klubu ilə qarşılaşacaq "Qarabağ" bu dəqiqələrdə həmin ölkənin paytaxtı Praqaya çatıb.
Qaynarinfo.Az xəbər verir ki, Ağdam klubu daha sonra oyunun keçiriləcəyi Liberets şəhərinə yola düşəcək. Komandanın kapitanı Rəşad Sadıqov zədəsinə görə, oynaya bilməsə də, o da Çexiyaya aparılan heyətdədir.
Qeyd edək ki, 7 xal toplamaqla artıq tarix yazmış "Qarabağ" bu matçda növbəti qələbəsini qazanarsa, pley-offun qapılarını aralamış olacaq.
Qaynarinfo.Az