
Dünən Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ" Çexiyanın Plzen şəhərində "Viktoriya" klubunun qonağı olub.
Qaynarinfo.Az xəbər verir ki, qolsuz heç-heçə ilə başa çatan görüş ilə bağlı hər 2 komandanın baş məşqçisi fikirlərini bildirib:
Roman Pivarnik: “Biz daha fəal olub, müsbət nəticə qazanmaq istəyirdik. Lakin rəqib çox yaxşı komanda olduğunu bir daha təsdiqlədi. Statistika təsdiqləyir ki, biz oyunda daha üstün idik. "Qarabağ"ın yalnız bir neçə vəziyyəti oldu. İlk hissədə 1-2 real qol imkanımız oldu. Həmin imkanlardan yararlanmalı idik. II hissədə təzyiqi daha da artırdıq. Amma belə olanda “Qarabağ” əks-hücumlar üçün imkan qazandı. Bu üzdən təzyiqi nisbətən azaltmağa məcbur olduq. Xüsusilə də Yan Baranekin meydanı tərk etməsindən sonra. Bununla belə azlıqda da qələbə qazanmaq istəyirdik. İkinci hissəni biz qapımızdan 30 metr aralıda keçirirdik. Mərkəzdən hücumlarımız az oldu. Fasilədə oyunçulara demişdim ki, həmin hissədən zərbə vurmaq lazımdır. Ancaq Avropa çempionatında da gördük ki, rəqib nə qədər kompakt komandadırsa, sənin heç bir şansın yoxdur. Qələbə qazanmadıqda evdə ən qənaətbəxş nəticə qolsuz heç-heçədir. Bu nəticə ilə də növbəti mərhələyə çıxmaq olar”.
Qurban Qurbanov: "Oyundan əvvəl bildirdiyim kimi, “Viktoriya" özünə məxsus üslubu ilə seçilir. Matçın 75-ci dəqiqəsinə qədər rəqib pressinq tətbiq etdi. Öz oyunlarından əl çəkmədi. Məğlub da ola bilərdik, lakin futbolçularım sona qədər mübarizə apardı. Bakıda bizi daha çətin oyun gözləyir. Rəqib göstərdi ki, yetərincə güclü komandadır”.
Qeyd edək ki, tərəflərin cavab qarşılaşması gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qaynarinfo.Az