Xəbər lenti

"Qarabağ" Çempionlar Liqası öncəsi Azərbaycanda ilk oyununa çıxır
İdman13:50 05.07.2016

"Qarabağ" Çempionlar Liqası öncəsi Azərbaycanda ilk oyununa çıxır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avstriyada təlim-məşq toplanışını başa vuran "Qarabağ" 3 gündür ki, klubun bazasında Çempionlar Liqasında qarşılaşacağı Lüksemburqun "F91 Düdelanj" klubu ilə matçın hazırlıqlarını davam etdirir. 

Qaynarinfo.az xəbər verir ki, Ağdam komandası bu gün növbəti yoxlama oyunu keçirəcək. Rəqib isə ötən mövsüm Premyer Liqanın gümüş mükafatçısı "Zirə" klubudur. Qarşılaşma saat 21:00-da Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" Avstriyada keçirdiyi təlim-məşq toplanışı müddətində Avstriyanın "Vakker" (İnsbruk) və Albaniyanın "Skenderbeu" klublarına 0:1 hesabı ilə uduzub, Rusiyanın məşhur "Zenit" komandasını isə 1:0 məğlub edib.

Xatırladaq ki, "Qarabağ"ımız iyulun 12-si Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburq "Düdelanj"ı ilə qarşılaşacaq. Həmin matç saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Qaynarinfo.az