Çempionlar Liqasının II təsnifat mərhələsinə start verilib. Qaynarinf.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da ilk avrokubok matçına çıxıb.
Qurban Qurbanovun başçılıq etdiyi komanda Lüksemburqun “Düdelanj” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Riçard Almeyda 10-cu dəqiqədə penaltidən hesabı açdığı oyunun 27-ci dəqiqəsində dubl edib.
Artıq iki dəfə Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın bu dəfəki hədəfi Çempionlar Liqasının qrup mərhələsidi. Qurban Qurbanovun yetirmələri üçün bu yolda ilk maneə olan “Düdelanj” səddini keçib.