Xəbər lenti

"Qarabağ" Çempionlar Liqasının qalibi ilə oynayacaq
İdman15:25 26.12.2016

"Qarabağ" Çempionlar Liqasının qalibi ilə oynayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölkə kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la oyundan sonra “Qarabağ” istirahətə buraxılıb. 

Qaynarinfo.Az xəbər verir ki, komanda Premyer Liqanın III dövrəsinin hazırlıqlarına Antalyada start verəcək. Yanvarın 5-də səfərə yollanacaq “Qarabağ” ənənəvi olaraq “IC Santai” otelində məskunlaşacaq.

“Qarabağ” bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırıb. Bunların arasında 1986-cı ildə Avropa Kubokunun (indiki Çempionlar Liqası - red.) və Avropa Super Kubokunun (indiki UEFA Super Kuboku - red.) qalibi olmuş Buxarestin "Styaua" komandası da var.

“Qarabağ”ın yoxlama oyunlarının proqramı belədir:

15 yanvar

19:30 “Qarabağ” – “Aşqabad” (Türkmənistan) 

18 yanvar

19:30 “Qarabağ” – “Styaua” (Rumıniya)

22 yanvar

17:30 “Qarabağ” – “Atırau” (Qazaxıstan)

19:30 “Qarabağ” – “Termalitsa” (Polşa)

Qeyd edək ki, oyun saatları Azərbaycan vaxtı ilə yazılıb.

Qaynarinfo.Az