Avroliqanın pley-off mərhələsində iştirak edəcək “Qarabağ”ın heyəti məlum olub. Qaynar.info xəbər verir ki, Ağdam klubu “Yanq Boyz”la oyunlar üçün iştirak ərizəsini qitə futbol qurumuna göndərib.
İsveçrə klubu ilə görüşlərdə baş məşqçi Qurban Qurbanovun ixtiyarında 24 futbolçu olacaq.
Qapıçılar: 1. Fərhad Vəliyev, 13. İbrahim Şehiç, 94. Halit Oğuzhan;
Müdafiəçilər: 2. Qara Qarayev, 4. Eltun Yaqublu, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 19. Azər Salahlı, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədəvi Hüseynov;
Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 10. Dani Kintana, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 33. Eltun Turabov, 67. Alharbi Əl Jadeyaui, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev;
Hücumçu: 29. Raydell Pupon
Qeyd edək ki, “Qarabağ”la “Yanq Boyz” arasındakı oyunlar avqustun 20-də və 27-də keçiriləcək. Avqustun 19-u İsveçrə vaxtı ilə saat 24:00-a kimi "Qarabağ"ın 1 oyunçu sifariş etmək ixtiyarı var.
Qaynar.info