Xəbər lenti

"Qarabağ" oyununu qumara qoyub? - AÇIQLAMA
İdman19:42 27.01.2015

"Qarabağ" oyununu qumara qoyub? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA "Qarabağ" - "Levski" oyununu araşdıra bilər. Fanat.az хəbər verir ki, bu barədə Bolqarıstanın "Vseki Den" saytı məlumat yayıb.
Saytın iddiasına görə, bolqarların 3:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmanın nəticəsi ilə bağlı bir sıra şübhəli məqam var. Bunlardan biri oyunun hakimliyi ilə bağlıdı. Belə ki, əvvəlcədən qarşılaşmanı türk hakim Serkan Burakın idarə edəcəyi açıqlanıb. Lakin sonradan matçda ədaləti azərbaycanlı referi Ömər Paşayev qoruyub.
Fasilədən sonra komandamızın buraxdığı ikinci qol zamanı müdafiəçilərin rəqib oyunçuya qarşı mübarizə aparmamasını vurğulayan həmkarlarımız İbrahim Şehiçi xüsusi günahlandırıblar. Guya o, penalti zamanı topun başına keçən rəqib oyunçuya hara tullanacağını işarə edib.
Gənc referinin qarşılaşmanın 3-cü dəqiqəsində penalti təyin etməsi də şübhə altına alıb. Paşayev ümumilikdə 4 dəfə 11 metrlik nöqtəni göstərib ki, bu da şübhəli məqamdı. 
Avropa və Asiya bukmeker kontorları da bu oyunun şübhəli olduğunu iddia edirlər. Bu səbəbdən də UEFA matçla bağlı araşdırmalara apara bilər.
"Qarabağ"ın baş meneceri Asif Əsgərov xəbərə münasibət bildirib. R;eport.az-a açıqlama verən klub rəsmisi bunun mümkünsüz olduğunu bildirib: "Bu yoldaşlıq görüşüdür, hansısa danışılmış oyundan söhbət gedə bilməz. "Qarabağ" danışılmış oyunda iştirak etməyib. Ola bilər ki, bu, Bolqarıstan mətbuatının uydurmasıdı. Belə hal mümkünsüzdü, ağıllarına nə gəlirsə, yazırlar. Sizcə "Qarabağ" hansısa bir danışılmış oyunda iştirak edər? Referinin sonradan dəyişməsi məsələsinə gəldikdə, baş hakimin Ömər Paşayev olacağı əvvəlcədən məlum idi".
Oyunda penalti epizodlarının çoxluğundan danışan baş menecer bunun klubdan yox, oyunun baş hakimindən asılı olduğunu söyləyib.
Qaynar.info