Xəbər lenti

"Qarabağ" qələbə qazandı, tarix yazdı (YENİLƏNİB)
İdman20:58 23.10.2014

"Qarabağ" qələbə qazandı, tarix yazdı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Avropa Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçirilib.

Turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu növbəti matçına çıxıb.

Ağdam təmsilçisi üçüncü görüşündə Ukraynada "Dnepr"in qonağı olub. İki oyundan sonra hər iki komandanın aktivində 1 xal olması matça olan marağı bir qədər də artırıb. Bu görüşdə qələbə qazanacaq komanda qrupdan çıxmaq yolunda önəmli addım atmış olacaqdı. 

İlk dəqiqələrdən oyuna aktiv qoşulan "Qarabağ" qol istəyinə 21-ci dəqiqədə çatıb. Muharrem Muharremin dəqiq zərbəsi ilə komandamız minimal hesabla irəli çıxıb. Bu, qsrşılsşmada qeydə alınan yegsnə qol olub. 

Bununla da "Qarabağ" Avroluqanın ürup mərhələdində qələbə qazanan ilk komsndamız kimi tarixə düşüb. Bundan əkavə, sktivindəki xalı 4-ə çstdıran "Qarabağ" qrup ikinciliyinə yüksəlib.

Qeyd edək ki, ilk görüşündə evdə "Sent-Etyen"lə 0:0 bərabərə qalan "Qarabağ" səfərdə "İnter"ə 0:2 hesabı ilə uduzub.

23 oktyabr

Avropa Liqasının qrup mərhələsi, III tur

"Dnepr" (Ukrayna) - "Qarabağ" (Azərbaycan) 0-1

Hakimlər: Libor Kovarik, Kristof Menkl və Yan Patak (hamısı Çexiyadandır) 

Kiyev. "Olimpiyski" stadionu. 

Qaynar.info