Xəbər lenti

"Qarabağ" "Ayaks"a, "Qəbələ" "Borussiya"ya rəqib ola bilər
İdman07:55 07.08.2015

"Qarabağ" "Ayaks"a, "Qəbələ" "Borussiya"ya rəqib ola bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Avropa Liqasında "pley-off" mərhələsinin püşkü atılacaq. Fanat.az хəbər verir ki, UEFA-nen İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq mərasim Bakı vaхtı ilə saat 16.00-da başlayacaq.

Püşk zamanı 44 komanda rəqibini tanıyacaq və 22 cütlük müəyyənləşəcək. 44 komandadan 29-u III təsnifat mərhələsinin qalibidi, 15-i isə Çempionlar Liqasının III təsnifat mərhələsində məğul olan komandalardı.

Püşkdə iki təmsilçimiz rəqibini tanıyacaq. Çempionlar Liqasında "Seltik"ə uduzaraq bu mərhələyə düşən "Qarabağ"la Avropa Liqasında "Apollon"u yenən "Qəbələ"nin qrup mərhələsinə gedən yoldakı son rəqibi müəyyənləşəcək. Hər iki komandamız "səpələnməmişlər" səbətində yer alıb və rəqibləri güclülər arasından seçiləcək. 

Artıq UEFA klublarımızın yekun potensial rəqiblərini müəyyənləşdirib:

"Qarabağ"ın potensial rəqibləri: Ayaks (Hollandiya), PAOK (Yunanıstan), Yanq Boyz (İsveçrə), Standard (Belçika), Sent-Etyenn (Fransa).

"Qəbələ"nin potensial rəqibləri: Borussiya (Dortmund, Almaniya), Alkmaar (Hollandiya), Sparta (Çexiya), Panatinaikos (Yunanıstan), Sautqempton (İngiltərə), Krasnodar (Rusiya).

Qeyd edək ki, Avropa Liqasının "pley-off" mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə 27-də baş tutacaq.

Avropa Liqası

"Pley-off" mərhələsi

20-27 avqust

1-ci qrup

Səpələnmişlər

Atletik (İspaniya) 

Viktoriya (Çexiya)

Styaua (Rumıniya)

Legiya (Polşa)

Belenenseş (Portuqaliya)

Səpələnməmişlər

Rusenborq (Norveç)

Zarya (Ukrayna)

Jilina (Slovakiya)

Voyvodina (Serbiya)

Altax (Avstriya)

2-ci qrup

Səpələnmişlər

Ayaks (Hollandiya)

PAOK (Yunanıstan)

Yanq Boyz (İsveçrə)

Standard (Belçika)

Sent-Etyenn (Fransa)

Səpələnməmişlər

Qarabağ (Azərbaycan)

Molde (Norveç)

Yablonets (Çexiya)

Brondbü (Danimarka)

Milsami (Moldova)

3-cü qrup

Səpələnmişlər

Rubin (Rusiya)

Zalsburq (Avstriya)

Fənərbaxça (Türkiyə)

Bordo (Fransa)

Lex (Polşa)

Slovan (Çexiya)

Səpələnməmişlər

Hayduk (Xorvatiya)

Atromitos (Yunanıstan)

Dinamo (Belarus)

Videoton (Macarıstan)

Rabotniçki (Makedoniya) 

Kayrat (Qazaxıstan)

4-cü qrup

Səpələnmişlər

Borussiya (Dortmund, Almaniya)

Alkmaar (Hollandiya)

Sparta (Çexiya)

Panatinaikos (Yunanıstan)

Sautqempton (İngiltərə)

Krasnodar (Rusiya)

Səpələnməmişlər

HİK (Finlandiya)

Tun (İsveçrə)

Astra (Rumıniya)

Midilyand (Danimarka)

Odd (Norveç)

Qəbələ (Azərbaycan)

Qaynar.info