Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulacaq və qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.Qol.Azın məlumatına görə, təmsilçimiz “Qarabağ” Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun qonağı olacaq.
Bakıda keçirilən ilk oyunda rəqibinə 0:2 hesabı ilə uduzan Ağdam təmsilçisinin mərhələ keçəcəyinə ümidlər azdır. Lakin alman klubu favorit sayılsa da, bundan əvvəl iki dəfə Avroliqanın qrup mərhələsinin bir addımlığında mübarizəni dayandıran komandamızın bu dəfə rəqibinə asan təslim olmayacağı şübhəsizdir. “Qarabağ” bu mövsüm hər üç təsnifat mərhələsinin səfər oyununda uğurlu nəticə qazanıb. Bu dəfə də təmsilçimizin səfərdən sərfəli hesabla qayıdacağına inananlar az deyil.
Portuqaliyalı baş hakim Duarte Qomesin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
29 avqustUEFA Avropa Liqası, Pley-off mərhələsi, cavab oyunu
23:30. “Ayntraxt” (Frankfurt Almaniya) – “Qarabağ” (Azərbaycan) (İlk oyun - 2:0)Baş hakim: Duarte Qomes
Frankfurt. “Kommersbank Arena” stadionu
Qaynar.info