Xəbər lenti

"Qarabağ" - "Kopenhagen" oyununda italyan hakim
İdman12:59 13.08.2017

"Qarabağ" - "Kopenhagen" oyununda italyan hakim

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ"ın Danimarka "Kopenhagen"i ilə keçirəcəyi Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk oyununa bütün təyinatlar açıqlanıb.

"Qaynarinfo" xəbər verir ki, oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Paolo Talyaventoya Alessandro Calyatini və Alessandro Kostantso yan xətt, Massimiliano İrrati və Antonio Damato əlavə köməkçi, Filippo Meli isə dördüncü hakim qismində yardım edəcəklər. Hakim-inspektor avstriyalı Frits Stuxlik, UEFA nümayəndəsi bolqarıstanlı Andrey Medintsev olacaq.

Azərbaycanda boş qalan yüksək məmur postları (SİYAHI)

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev isə hakimlərlə əlaqələndirici funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" matçı saat 20:00-da başlanacaq.

Qaynarinfo.Az