Xəbər lenti

"Qarabağ" - "Kopenhagen" oyununun hakimləri məlum oldu
İdman09:57 21.08.2017

"Qarabağ" - "Kopenhagen" oyununun hakimləri məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kopenhagen” - “Qarabağ” matçının təyinatları açıqlanıb.

"Qaynarinfo" apasport-a istinadən xəbər verir ki, avqustun 23-də keçiriləcək görüşü ispaniyalı hakimlər idarə edəcək.

Matçın baş hakimi məşhur Alberto Undiano Mallenko olacaq. Ona həmyerliləri Roberto Alonso Fernandes və Raul Kabanyero Martines kömək edəcək.

Əlavə hakim köməkçiləri Alexandro Xose Enandeslə Xose Mariya Sançes Martines olacaq. Dördüncü hakim funksiyası Dieqo Barbero Sevilyaya tapşırılıb.

Matçın hakim-isnpektoru italiyalı Alfredo Trentalanqe, UEFA nümayəndəsi şotlandiyalı Alan Makri olacaq.

Qaynarinfo.Az