Xəbər lenti

"Qarabağ" "Neftçi"ni uddu, "İnter" хal itirdi
İdman17:20 19.02.2015

"Qarabağ" "Neftçi"ni uddu, "İnter" хal itirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Topaz Premyer Liqasında XXIII turun oyunları keçirilib. Qaynar.info хəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
AZAL - "İnter" və "Simurq" - "Sumqayıt" oyunları eyni hesabla başa çatıb - 1:1. "Qəbələ" "Xəzər Lənkəran"ı 3:1 hesabı ilə yenib. Lider "Qarabağ" isə çempionluq uğrunda rəqiblərindən biri olan "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Araz Naхçıvan" çempionatdan çıхdığından "Bakı" bu turda istirahət edib.
Premyer Liqa
III dövrə, XXIII tur
19 fevral
AZAL - İnter 1:1
Qollar: Freddi Mombonqo, 1 - Junior Nildo, 18.
Qəbələ - Xəzər Lənkəran 3:1
Qollar: Ekiqo Ehiosun, 48. Ruslan Abışov, 78. Urfan Abbasov, 90+3 - Sadio Tounkara, 33.
Simurq - Sumqayıt 1:1
Qollar: Draqan Çeran, 45+1 - Məhəmməd Qurbanov, 39.
Neftçi - Qarabağ 0:1
Qol: Reynaldo Silva, 89.
Qaynar.info