Topaz Premyer Liqasında III turun oyunları davam etdirilib. Qaynar.info хəbər verir ki, ikinci oyun günəndə 3 qarşılaşma baş tutub.
Günün ilk oyununda "Neftçi" "Sumqayıt"ı qəbul edib. Hesabı 51-ci dəqiqədə Araz Abdullayev açıb. 2 dəqiqə sonra Rəhman Hacıyev fərqi iki topa çatdırıb. 77-ci dədiqədə isə Nuran Qurbanov "Sumqayıt"ın təsəlli qoluna imza atıb. Bununla da "Neftçi" cari mövsümdə ilk qələbəsini qazanıb, "Sumqayıt" ilk məğlubiyyətini alıb. "Ağ-qaralar" ilk iki turda "Kəpəz"lə "sülh" bağlayıb (0:0), "İnter"ə uduzmuşdu (0:1). "Sumqayıt" isə "Rəvan" (0:0) və "Xəzər Lənkəran"la (1:1) oyunlardan bir хalla ayrılmışdı.
Son mövsümün bürünc mükafatçısı "Qəbələ" "Kəpəz"i qəbul edib. Bir qolun vurluduğu oyunda meydan sahibləri qələbə qazanıb. Matçın yeganə qolua 6-cı dəqiqədə Ermin Zets imza atıb. Bosniyalı futbolçu bununla da "Qəbələ"də qol hesabını açıb.
Son çempion "Qarabağ" isə AZAL-ın qonağı olubş. Ağdam klubu 2:0 hesablı qələbə qazanıb. Hesabı 44-cü dəqiqədə Mahir Mədətov açıb. "Bakı"dan transfer olunan futbolçu "Qarabağ"ın heyıtində ilk qolunu vurub. 65-ci dəqiqədə isə Dani Quintana "Qarabağ"ın ikinci qolunu vurub - 2:0. İspan futbolçu da ağdamlıların heyətində ilk qoluna imza atıb. İlk turda "Qəbələ" ilə "sülh" (2:2) bağlayan "Qarabağ" ardınca "Rəvan"a qalib gəlmişdi (2:1). AZAL isə "Zirə" (0:1) və "Qəbələ"yə (0:2) boyun əymişdi.
"Qəbələ" ilk iki turda 4 хal qazanıbsa ("Qarabağ" 2:2, AZAL 2:0), "Kəpəz" iki хalla kifayətlənib ("Neftçi" 0:0, "Zirə" 1:1). "Qəbələ" ilk iki turda 4 хal qazanıbmışdısa ("Qarabağ" 2:2, AZAL 2:0), "Kəpəz" iki хalla kifayətlənmişdi ("Neftçi" 0:0, "Zirə" 1:1).
Qeyd edək ki, turun ilk oyunu dünən keçirilib və "Xəzər Lənkəran" "Kəpəz"lə "sülh" bağlayıb (1:1). Tura sabah keçiriləcək "Zirə" - "İnter" oyunu ilə yekun vurulacaq.
Premyer Liqa
2015/16 mövsümü
I dövrə, III tur
23 avqust
Neftçi - Sumqayıt 2:1
Qollar: Araz Abdullayev, 51. Rəhman Hacıyev, 53 - Nuran Qurbanov, 77.
Qəbələ - Kəpəz 1:0
AZAL - Qarabağ 0:2
Qollar: Mahir Mədətov, 44. Dani Quintana, 65.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 3 | 2 | 1 | 0 | 6-3 | 7 |
2 | Qəbələ | 3 | 2 | 1 | 0 | 5-2 | 7 |
3 | Xəzər Lənkəran | 3 | 1 | 2 | 0 | 4-2 | 5 |
4 | Zirə | 2 | 1 | 1 | 0 | 2:1 | 4 |
5 | Neftçi | 3 | 1 | 1 | 1 | 2-2 | 4 |
6 | İnter | 2 | 1 | 0 | 1 | 1-2 | 3 |
7 | Sumqayıt | 3 | 0 | 2 | 1 | 2-3 | 2 |
8 | Rəvan | 3 | 0 | 2 | 1 | 2-3 | 2 |
9 | Kəpəz | 3 | 0 | 2 | 1 | 1-2 | 2 |
10 | AZAL | 3 | 0 | 0 | 3 | 0-5 | 0 |
Bombardirlər | Riçard Almeyda (Qarabağ), Rahid Əmirquliyev (Xəzər Lənkəran) - 2. |
Qaynar.info