Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub. Qaynarinfo.Az xəbər verir k, turun son oyun günündə iki qarşılaşma baş tutub.
Günə Sumqayıtda start verilib. Avrokuboklar uğrunda döyüşən “Sumqayıt” autsayderi sınağa çəkib. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb. Yusif Nəbiyevin vurduğu qol yeganə olub. "Kimyaçılar" qələbə nəticəsində bir günlük aradan sonra 4-cü pilləyə qayıdıb.
Həftəyə Qəbələdə yekun vurulub. Turun mərkəzi oyununda çempionatın liderləri üz-üzə gəliblər.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. İlk hissədə Zenyov, ikinci hissədə Filip Ozobiç komandalarına qələbə gətirən qollara imza atıblar. "Qəbələ" qazandığı 3 xal nəticəsində liderliyə yüksəlib.
Qeyd edək ki, turun iki oyunu dünən keçrilib. "İnter" - "Zirə" matçı 1:1, "Neftçi" - "Kəpəz" görüşü 0:0 hesabı ilə yekunlaşıb.
III dövrə, XIX tur
19 fevral
Sumqayıt - AZAL 1:0
Qol: Yusif Nəbiyev, 13.
“Kapital Bank Arena”.
Qəbələ - Qarabağ 2:0
Qollar: Sergey Zenyov, 29. Filip Ozobiç, 68.
Qəbələ şəhər stadionu.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qəbələ | 19 | 12 | 6 | 1 | 38:10 | 42 |
2 | Qarabağ | 19 | 13 | 3 | 3 | 32:10 | 42 |
3 | İnter | 19 | 8 | 9 | 2 | 30:19 | 33 |
4 | Sumqayıt | 19 | 6 | 7 | 6 | 20:23 | 25 |
5 | Zirə | 19 | 6 | 5 | 8 | 17:21 | 23 |
6 | Neftçi | 19 | 5 | 2 | 12 | 14:33 | 17 |
7 | Kəpəz | 19 | 3 | 7 | 9 | 12:22 | 16 |
8 | AZAL | 19 | 1 | 5 | 13 | 8:33 | 8 |
Bombardirlər | Filip Ozobiç (Qəbələ) - 11. Baqali Dabo (Qəbələ), Rauf Əliyev (İnter)- 7. |
Qaynarinfo.Az