Xəbər lenti

"Qarabağ" - "Rudar" oyununun biletləri satışda -FOTO
İdman09:47 10.07.2015

"Qarabağ" - "Rudar" oyununun biletləri satışda -FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Rudar" oyununun biletləri bu gündən satışa çıxıb.

ANS PRESS-in məlumatına görə, artıq biletlərin satıldığı Tofiq Bəhramov adına Respublika stadionunun kassaları qarşısında izdiham yaşanıb. Azarkeşlər oyuna böyük maraq göstərir.

Tofiq Bəhramov adına Respublika stadionunun kassasının qarşısı qələbəlikdir

Biletlərin qiyməti isə yerlərdən asılı olaraq 1, 2 və 20 AZN-dir. 

Bilətlərin qiyməti:

1-11 sektor 1 AZN

12-17 sektor 2 AZN

18-27 sektor 1 AZN 

29 və 38 sektor 2 AZN

VİP 20 AZN

"Qarabağ" - "Rudar" matçının biletlərinin qiyməti 1-20 manat arası dəyişir

"Qarabağ" FK bütün ictimayyətdən biletləri sadəcə Respublika stadionunun kassalarından və holoqramlı bilet almağını xahiş edir. Klubdan onu da bildiriblər ki, "Qara bazar"ın qarşısını almaq üçün xüsusi mühafizə xidmətinin əməkdaşları da satış müddətində kassa qarşısında xidmət çəkəcəklər.

"Qarabağ" - "Rudar" matçı iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Qarşılaşmanın start fiti saat 21:30-da veriləcək.

Qaynar.info