Xəbər lenti

"Qarabağ" "Tvente"nin sabiq müdafiəçisindən imtina etdi
İdman09:59 31.08.2015

"Qarabağ" "Tvente"nin sabiq müdafiəçisindən imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" Avroliqanın qrup mərhələsi üçün transfer çalışmalarını davam etdirir. Qaynar.info-nun xəbərinə görə, artıq Ağdam klubu mərkəz müdafiəçisi almaqdan vaz keçib. 
Bunun üçün komandaya təklif olunan Henriko Drost və "Tvente"nin sabiq mərkəz müdafiəçisindən imtina edilib. Əldə etdiyimiz bilgiyə görə, sonuncu futbolçu İngiltərə Çempionşipində çıxış edirmiş və "Qarabağ"a icarəyə verilməli imiş.
Ancaq "Qarabağ" bu mərkəz müdafiəçilərdənsə, "yaralı" olan hücum xəttinə pullarını yönəltməyi daha lazımlı bilib. Bunun üçün hazırda Ağdam klubu sərbəst futbolçu almalıdır. Bu gün isə Azərbaycanda "transfer pəncərəsi" bağlanır.
Qaynar.info