Xəbər lenti

"Qarabağ" Şotlandiyada uduzdu
İdman20:42 29.07.2015

"Qarabağ" Şotlandiyada uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Qaynar.info хəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" ilk matçına səfərdə çıxıb.
Təmsilçimiz Şotlandiyada "Seltik"in qonağı olub. Qlazqondakı "Seltik Park"da baş tutan oyunda 82 dəqiqə hesab açılmayıb. 82-ci dəqiqədə Dedrik Boyata künc zərbəsindən sonra hesabı açıb. Qolun ötürməsini 2 dəqiqə əvvəl meydana çıxan Kris Kommons verib. Beləliklə, "Qarabağ" çətin səfər oyununda 0:1 hesabı ilə yenilib.
Qeyd edək ki, "Seltik" klubu 1887-ci ildə yaradılıb. 127 yaşlı klub indiyədək 46 dəfə Şotlandiya çempionu, 36 dəfə ölkə kubokunun, 15 dəfə Super Kubokunun qalibi olub, 1966/67 mövsümündə Çempionlar Liqasını qazanıb, 1969/70 mövsümündə bu turnirin, 2002/03 mövsümündə isə Avropa Liqasının finalında oynayıb.
"Seltik" bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində İslandiyanın "Styarnan" (2:0, 4:1), "Qarabağ" isə Çernoqoriyanın "Rudar" (0:0, 1:0) klubunu mübarizədən kənarlaşdırıb.
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun
29 iyul
Seltik (Şotlandiya) - Qarabağ (Azərbaycan) 1:0
Qol: Dedrik Boyata, 80 (ötürmə - Kris Kommons).
Seltik: 1. Krayq Qordon, 4. Efe Ambrose, 3. Emilio İzaquirre, 5. Virgil Van Diyk, 6. Nir Biton (9. Leyq Qriffits, 69), 7. Nadir Çiftçi (15. Kris Kommons, 80), 8. Skott Broun (k), 14. Stuart Armstronq (49. Ceyms Forrest, 62), 16. Hari Makkay-Steven, 20. Dedrik Boyata, 23. Mixael Lustiq, 25. Stefan Yohansen.
Ehtiyat oyunçular: 26. Loqan Bailli, 4. Efe Ambrose, 18. Tom Roqiç, 22. Saydi Yanko.
Baş məşqçi: Ronni Deyla.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 9. Reynaldo Silva, 10. Dani Kintana (91. Coşqun Diniyev, 82), 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 67. Alharbi Əl Jadeyui (29. Raydell Poepon, 87), 77. Cavid Tağıyev (11. Elvin Məmmədov, 73).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 19. Azər Salahlı, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Emilio İzaquirre, 36. Virgil Van Diyk, 44. Kris Kommons, 90+2 - Ansi Aqolli, 62.
Hakimlər: Robert Şörgenhofer, Mattias Vinsauer, Rixard Hübler, Dominik Ouşan (Avstriya).
Hakim-inspektor: Raymond Ellingem (Uels).
UEFA nümayəndəsi: Giys de Yonq (Hollandiya).
Qlazqo. "Seltik Park" stadionu.
Fanat.az