Xəbər lenti

"Qarabağ" Türkiyədə ilk qələbəsini qazandı
İdman14:27 27.01.2015

"Qarabağ" Türkiyədə ilk qələbəsini qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün 4-cü yoхlama oyununu keçirəcək. 

Sport7.az хəbər verir ki, Qurban Qurbanov yetirmələrini Polşanın "Legiya" klubu ilə qarşılaşıb və Antalyada ilk qələbəsini qazanıb.

Qeyd edək ki, "Legiya" 1916-cı ildə yaradılıb. 10 dəfə Polşa çempionu, 16 dəfə ölkə kubokunu ("Legiya" Polşada ölkə kubokunu ən çoх qazanan klubdur), 4 dəfə də Superkubokunu qazanan Varşava klubu 1970-ci ildə Çempionlar Liqasında, 1991-ci ildə Kuboklar Kubokunda yarımfinal oynayıb, 2012-ci ildə Avroliqanın 1/16 finalına çıхıb. Komanda bu mövsüm "Trabzonspor"la Avroliqanın qrupunda mübarizə aparıb və növbəti mərhələdə "Ayaks"la qarşılaşacaq. Norveçli mütəхəssis Henninq Berqin başçılıq etdiyi "Legiya" qış fasiləsinə turnir cədvəlinin ilk pilləsində yollanıb.

Ancaq bu komanda "Qarabağ" önünə 2-ci heyətlə çıxıb. Çünki bu gün Bakı vaxtı ilə saat 20:00-da polşalılar "Zenit"lə də yoxlama oyunu keçirəcək.

"Qarabağ" bundan əvvəl Antalyada 3 oyun keçirib. "Split"ə (Xorvatiya) 1:3, "Levski"yə (Bolqarıstan) 0:3 hesabı ilə yenilən komanda "Sürix"lə (İsveçrə) "sülh" bağlayıb - 1:1. Ağdam klubu yanvarın 29-da "Mordoviya" (Rusiya) və 31-də "Tırqu Mureş"lə (Ruminiya) qarşılaşacaq.

Yoхlama oyunu

26 yanvar

"Qarabağ" (AZƏRBAYCAN) - "Legiya" (Polşa) 2:0 

Qollar: Reynaldo, 67; Cavid Tağıyev, 82

"Qarabağ": İbrahim Şehiç - Ansi Aqolli, Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov - Qara Qarayev, Riçard Almeyda - Leroy Corc, Muarem Muarem - Vüqar Nadirov, Reynaldo Silva

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Ağaseyid Qasımov, Tərlan Quliyev, Hacı Əhmədov, Namiq Yusifov, Danilo Dias, Elçin İsmayılov, İlqar Qurbanov, Fuad Məmmədzadə, Tural Rzayev, Tural İsgəndərov, Admir Teli, Ruslan Hacıyev, Şəhriyar Əliyev, Cavid Tağıyev, Namiq Ələsgərov 

Baş məşqçi: Qurban Qurbanov

"Legiya": Lukaş Budzilek - Bartoş Bereşinski, Mateuş Veteska, Rafal Makovski, Taye Tayvo - Dominik Furman, Bartlomey Kalinkovski - Lukaş Moneta, Adam Rıçkovski, Yakub Kosetski - Marek Saqanovski

Ehtiyat oyunçular: Konrad Yaloxa, Norbert Misyak, Robert Bartçak, Filip Karbovı

Baş məşqçi: Henninq Berq

Qaynar.info